İranda şiddətli partlayış baş verdi

İranda şiddətli partlayış baş verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənubundakı Xuzistan əyalətinin Ramşir rayonunda şiddətli partlayış baş verib.

7times Trthaber-ə istinadən xəbər verir ki, partlayış ərazidən keçən neft boru xəttində qeydə alınıb. Məlumata görə, partlayış o qədər şiddətli olub ki, ərazidə zəlzələ effekti yaradıb. Əraziyə cəlb edilən müvafiq qurumun nümayəndələri fəsadları aradan qaldırmaq üçün işlər görür.

Yerli mənbələrin məlumatına hadisə boru xəttinin köhnə olması səbəbilə baş verib. Bəzi dairələr partlayışın təxribat nəticəsində baş verə biləcəyini irəli sürür.//Kanal.az