Ölkə

İrandan Azərbaycana 28 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 28 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

7Times.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, iyun ayının 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 288 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.