“83 yaşlı dini lider bağırsaq keçməməzliyi ilə bağlı əməliyyat keçirib…”
İranın Ali dini lideri ayətüllah Əli Xameneyi yatağa düçar olub və həkimlərin müşahidəsi altındadır.
Moderator.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “New York Times” qəzeti məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin birinin sözlərinə görə, 83 yaşlı Xamenei ötən həftə qarın nahiyəsində ağrılar və yüksək hərarətdən sonra bağırsaq keçməməzliklə bağlı əməliyyat olunub.
Bundan öncə bütün görüşlər və publika qarşısında çıxışları ləğv edilib.
Həmin anda İranın dini liderinin vəziyyəti kritik dəyərləndirilib.
Hazırda həkimlər bütün sutkanı onun yanındadır.
Onlar Xameneinin hələ də zəif olması və hətta yataqda müstəqil olaraq əyləşə bilməməsindən narahatdır.
Bu arada isə İran KİV-ləri məlumat yayıb ki, bu gün İranın tədris müəssisələrinin birində dini mərasim keçiriləcək və Ali dini lider tədbirdə iştirak edəcək.
Lakin Xameneinin sağlamlıq vəziyyətini nəzərə alaraq, bu, çətin ki, mümkün olsun.
Follow @7timesaz