Dünya

İranın Azərbaycandakı səfiri: “Olan olub, torba dolub…“

İranın Azərbaycandakı səfiri: “Olan olub, torba dolub…“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranın Azərbaycandakı səfiri Abbas Musəvi də Rusiya və Böyük Britaniya səfirlərinin foto qalmaqalına münasibət bildirib. 

7Times.az  xəbər verir ki, səfir öz “Twitter” hesabında diplomat həmkarlarının addımını fars atalar sözü ilə qiymətləndirib: “Olan olub, torba dolub, hər dövranın öz hökmü var”.

Xatırladaq ki, Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan 1943-cü il konfransının keçirildiyi binanın önündə britaniyalı həmkarı Saymon Şerkliflə foto çəkdirib.

Foto Rusiya səfirliyinin “Twitter” hesabında paylaşılıb.

Görüntü böyük ictimai təpki doğurub.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif səfirlərə sərt münasibət bildirib.

Bu gün həm Rusiya, həm də Böyük Britaniya səfiri izahat üçün İran XİN-ə çağırılıb.

Diplomatlara sosial şəbəkədə paylaşılan görüntünün  qeyri-məqbul olduğu bildirilib, öz növbəsində səfirlər təəssüflərini izhar ediblər.(yenisabah.az)