Dünya

İranın dəstəklədiyi qüvvələr hücuma keçdi: Bölgədə şiddətli toqquşmalar başladı

İranın dəstəklədiyi qüvvələr hücuma keçdi: Bölgədə şiddətli toqquşmalar başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları Marib vilayətinin mərkəzinə yaxın yerləşən Əl-Cubə rayonunun bəzi kəndlərini ələ keçirib.

7Times.az  xəbər verir ki, bu barədə yerli mənbələr Anadolu agentliyinə açıqlama verib. Məlumata görə, Rayondakı 3 kənd və 1 qəsəbə üsyançıların nəzarətinə keçib. Yəmən ordusu üsyançıların qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr cəlb edib.

Müdafiə xətti gücləndirilib. Bölgədə şiddətli toqquşmalar qeydə alınır.