Dünya

İranın məkrli niyyəti: Türkiyəyə qarşı “Şeytan”la işbirliyi… – Şok iddia

İranın məkrli niyyəti: Türkiyəyə qarşı “Şeytan”la işbirliyi… – Şok iddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Tehranla Vaşinqton arasında Ankaranı hədəf alan yaxınlaşma prosesinin başlanması ehtimalı artır”.

7times.az xəbər verir ki, bunu türk siyasi ekspert Faruk Aktaş deyib.

Ekspert İranın Şeytan adlandırdığı ABŞ-la belə Türkiyəyə qarşı işbirliyinə gedə biləcəyinə diqqət çəkib:

“İbrahim Rəisinin İranda prezident seçilməsi ilə Tehranın Türkiyə əleyhinə addımlarında nəzərəçarpacaq dərəcədə artım var. Bunun nəticəsi olaraq, İranın İraqda dəstəklədiyi Həşd əş-Şabi qüvvələri ilə PKK arasındakı əməkdaşlıq maksimum səviyyəyə çatdırılıb. İranın Türkiyə ilə yaxın münasibətləri olan Kürdüstan Demokratik Partiyasına (KDP) qarşı təhdidləri, PKK və Həşd əş-Şaabinin KDP-ni Sincara buraxmaması bu hesabların və planların bir elementidir.

Əslində, Tehranın yeni Türkiyə yanaşmalarının İranla Azərbaycan arasındakı gərginliyin artmasına təsir etdiyini də söyləmək mümkündür.

Bu səbəbdən, qarşıdakı dövrdə anti-Türkiyə və şiə ekspansionizminə əsaslanan İbrahim Rəisinin bu siyasətinin İraq və Suriyada Tehran və Vaşinqtonu bir-birinə yaxınlaşdıracağı istisna deyil. Bu baxımdan, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq və Şimali Afrika koordinatoru general Bred Makqurk və onun rəhbərliyində olan qüvvələrin İranla münasibətləri yaxşılaşdırmaq planları heç kimə sirr deyil.

Başqa sözlə, İran-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Tehranla Vaşinqton arasında Ankaranı hədəf yaxınlaşma prosesinin başlaması müzakirə mövzusudur”.

Teleqraf.com