Dünya

İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək

İranın XİN rəhbəri Türkiyəyə səfər edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkiyəyə səfər edəcək.

7times.az  “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr müzakirə ediləcək. Danışıqlarda eyni zamanda regional məsələlər də əsas diqqət mövzusu olacaq.

Diplomatik mənbələrdən bildirilib ki, Zərif görüşlərini İstanbulda keçirəcək.