İsrail ABŞ-nin köməyi ilə İranın nüvə infrastrukturuna zərbə endirməsinə üstünlük verəcək.
7Times.az xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Lindsey Qraham deyib.
O, İranla bağlı iki variantın olduğunu bildirib.
Qrahsm bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İranın nüvə proqramı ilə bağlı nə edəcəyinə çox yaxında qərar verməli olacaq.
“İki yol var. Birinci yol İsrailə İranın nüvə infrastrukturuna həlledici zərbə vurmaqda kömək etdiyimiz hərbi yoldur. Mən bu yola üstünlük verirəm. İkinci yol İranı nüvə ambisiyalarından əl çəkməsi üçün danışıqlar aparmaqdır, lakin bu yol vaxt tələb edir və uğurun nə demək olduğunun aydın təriflərini tələb edir”,-deyə o, qeyd edib.
“AzPolitika.info”
Follow @7timesaz