Maqazin

İranlı rejissor həbs edildi

İranlı rejissor həbs edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda məşhur rejissor Səid Rustayi həbs edilib.

Axşam.az xəbər verir ki, o, 6 ay azadlıqdan məhrub olunub. Buna səbəb isə rejissorun lentə aldığı “Leylanın qardaşları” filmi olub.

Ekran işi Kann Film Festivalında nümayiş etdirildiyi üçün Səid rejim əleyhinə təbliğat aparmaq da ittiham olunub. Hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.

Qeyd edək ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı “Leylanın qardaşları” filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.