Tehranda tanınmış rejissor Babək Horramdin, valideynləri tərəfindən qətlə yetirilib.
7times.az xəbər verir ki, 47 yaşlı rejissorun bədəni üç hissəyə parçalanaraq zibilliyə atılıb. Horramdinin atası Abdullah cinayət törətdiyini etiraf edib. O, bunu həyat yoldaşı ilə birlikdə etdiyini deyib:
“Yeməyinə yuxu dərmanı qatdıq, daha sonra hamama apardıq. Ardınca cəsədi bir çamadanın içinə qoyub yaxınlıqdakı zibilliyə atdıq”
Rejissorun atası iddia edir ki, oğlu evdə dərs dediyi tələbələri ilə uyğunsuz münasibət qurub:
“Uşaqlığından bəri bizi narahat edirdi. Universitetdə müəllim idi və pandemiyaya görə evdə dərs deyirdi. Amma evdə bizə gün üzü vermirdi. Ona ayrı evə köçməsini təklif etdik, lakin qəbul etmədi”.
Cinayətə görə peşman olduğunu deyən ata həmçinin kürəkənini və qızını da eyni formada öldürdüyünü etiraf edib:
“2011-də kürəkənimi, 2017-də qızımı əxlaq problemlərinə görə öldürdüm”.
Follow @7timesaz