İranın keçmiş millət vəkili Mustafa Kəvakibian Azərbaycana xəbərdarlıq edib.
7times.az İran mediasına istinadla xəbər verir ki, “Mərdomsalari” partiyasının baş katibi Mustafa Kəvakibian deyib: “Əgər hiss etsək ki, İsrail rejiminin Azərbaycandakı bazası İran əleyhinə işləyir, biz mütləq həssas mövqe tutacağıq”.
Mustafa Kəvakibian bu gün İran Daxili İşlər Nazirliyi yanında Partiyalar Evində baş tutan iclasdakı çıxışında deyib ki, əgər Azərbaycan İsrail ilə yaxınlaşmaq istəyirsə yaxınlaşsın, ancaq əgər İsrail rejiminin Azərbaycandakı bazası İrana qarşı fəaliyyət göstərərsə, o zaman biz buna kəskin mövqe nümayiş etdirəcəyik.
Xatırladaq ki, dünən İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan və İran arasındakı bütün problemləri həll etdiklərini bəyan etmişdi. Bu gün isə keçmiş millət vəkili vasitəsi ilə yenə də guya İsrailin Azərbaycanda bazasının olması və İrana qarşı fəaliyyət göstərməsi kimi əsassız fikirlər söyləməyə davam edirlər. / Konkret.az
Follow @7timesaz