Aktual

İraq polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

İraq polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdadın mərkəzində nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

“Report” xəbər verir ki, bu barədə “SHAFAQ News” xəbər portalı məlumat yayıb.

Qeyd olunur ki, polis aksiya iştirakçılarının paytaxtın dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”ya daxil olmasına mane olmağa çalışır.

Həmçinin bildirilir ki, qaz qumbaralarından istifadə edildikdən sonra güclü boğulma əlamətləri olan bir neçə nəfər yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.

Bir müddət əvvəl Bağdadın “yaşıl zonası” iki dəfə raketlərlə vurulub. Birinci halda, bombardman nəticəsində 7 nəfər, o cümlədən bir zabit və təhlükəsizlik qüvvələrinin iki üzvü yaralanıb.