1 oktyabr 2023-cü il (Ankarada törədilmiş) terror aktından sonra Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı tərəfindən özünümüdafiə hüquqları çərçivəsində İraq və Suriyadakı PKK/YPG terror hədəflərinə qarşı hərtərəfli əməliyyatlar başladılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
Qeyd olunub ki, bu çərçivədə oktyabrın 5-i Suriyanın şimalında Tel Rıfat, Cizirə və Derik bölgələrində separatçı terror təşkilatına aid bir çox hədəf məhv edilib.
“İraqda olduğu kimi, Suriyada da terror təşkilatının yaratdığı potensial və gəlir mənbələrinin sistemli şəkildə məhv edilməsinə davam ediləcək”, – bəyanatda vurğulanıb.
Follow @7timesaz