Kənardan moderatorluq etmək istəyənlər peyda olub və təəccüblüsü də ondan ibarətdir ki, ABŞ bu məqsədlə güc variantından istifadə edə bilər.
7Times.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına toxunarkən deyib.
“Biz bu mövzu ilə davamlı olaraq müxtəlif istiqamətlərdə məşğul oluruq. Ən yüksək səviyyədə fəaliyyət göz qabağındandır, xarici işlər nazirlərinin necə işlədiyini görürsünüz, bizim bu məsələ ilə bağlı xüsusi nümayəndələrimiz var. Və təbii ki, səfirliklərimiz, ekspertlərimiz gündəlik işləyir, bunlar təkcə xarici işlər nazirlikləri deyil, həm də regionda təhlükəsizliyi birbaşa təmin edənlərdir. Prosesin özü də fasiləsiz davam edir”, – Zaxarova bildirib.
O əlavə edib ki, kənardan olan müdaxilələr nizamlanma prosesini çətinləşdirir və prosesi geri qaytarır: “Amma biz bunun niyə edildiyini də başa düşürük. 2020-ci ildən Rusiya real vasitəçilik keyfiyyəti ilə həm Ermənistanın, həm də Azərbaycanın əsl dostu kimi atdığı o təşəbbüskar addımlar, yəqin ki, şoka səbəb olub. Çünki uzun müddətdir davam edən mürəkkəb münaqişə nəhayət ki, praktiki baxımdan həlli üçün fürsət əldə edib”, – Zaxarova qeyd edib.
Follow @7timesaz