Ermənistan hökuməti istənilən qiymət hesabına oktyabrın əvvəlində Mnatsakanyan-Pompeo görüşünü təşkil etməyə cəhd edir.
7times.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
“Nikol Paşinyan indiyə qədər yüksək səviyyəli Ermənistan-Amerika görüşünün təşkil olunmamasına çox ağır şəkildə dözür və Zöhrab Mnatsakanyana ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün mümkün olan hər şeyi etmək tapşırığını verib. Ermənistan Xarici İşlər Nazirliyi, Ermənistanın Vaşinqtondakı səfirliyi, erməni lobbiçiləri və icması bu görüşün təşkil üçün səfərbər olublar. Səfirlik, həmçinin amerikalı lobbiçilər də təşkil edib və onlara dövlət büdcəsindən böyük vəsait ödəyib. Təyin olunan lobbiçilərlərdən biri 97 yaşlı keçmiş senator Bob Douldur”, – deyə məqalədə bildirilib. axar.az
Follow @7timesaz