İrəvan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini başa çatdırmağa hazırdır.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, bu, həm sülh müqaviləsinin imzalanması ilə kommunikasiyaların açılmasına, həm də sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə aiddir.
Follow @7timesaz