Dünya

İrəvan Rusiyaya ikinci cəbhə açır – Türk general

İrəvan Rusiyaya ikinci cəbhə açır – Türk generalbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauzun Axar.az-a müsahibəsi:

– Ermənistan 13 sentyabrda sərhəd təxribatı zamanı çəkildiyi iddia edilən videonu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Sözügedən videonun dəqiqliyi müəyyən olunmadan beynəlxalq informasiya agentlikləri tərəfindən yayımlanmasını necə qiymətləndirirsiniz?

– Hər şeydən öncə bildirmək istəyirəm ki, Ermənistan bir terror dövlətidir. Ermənilər son iki yüz ildir ki, keçmiş Osmanlı dövləti dövründə və indi də Cənubi Qafqazda terror fəaliyyəti ilə məşğul olurlar. Bu ölkənin qurulmasının əsas məqsədi terror və terrorizmə dəstəkdir. Ermənistan 1988-ci ildə deportasiya zamanı, sonra isə Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan xalqına qarşı terror aktları törədib. Təəssüf ki, 44 günlük müharibənin üzərindən 2 il keçməsinə baxmayaraq, bu gün də terror davam edir. Ermənistan dövlətinin və onu idarə edənlərin əli qanlıdır. Müharibə zamanı Azərbaycanın müharibə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər kimi şəhərləri raket atəşinə tutulub. Bu cinayəti Paşinyanın hərbi məsələlər üzrə müşaviri Aqarşak Arutyunyan da etiraf edib. Ermənistandakı canilər hələ də Xocalı soyqırımının cavabını verməyiblər. O hadisələrə görə də Azərbaycan dövlətinə, xalqına cavab vermə günü yaxınlaşır. Ermənistan getdikcə təkləndiyinin fərqində olduğu üçün müharibə və ondan sonrakı dövrdə qara təbliğatla, dezinformasiya ilə məşğuldur. Bunun iki əsas səbəbi var. Birincisi, bölgədə təhlükəsizlik probleminin olduğunu dünyaya göstərmək istəyir, ikincisi, beynəlxalq hüququ Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmək məqsədi güdür. Apardıqları dezinformasiyasının bir çox örnəyinin artıq şahidi olmuşuq. Hətta öz atdıqları “İsgəndər” raketini Azərbaycanın atdığını iddia edəcək qədər irəliyə getdilər. Sözügedən videonun dəqiqləşdirilmədən beynəlxalq ictimaiyyətin rəyinə təsir göstərə biləcək informasiya agentliklərinə göndərilməsi isə özlərinin etdikləri cinayətləri, söylədikləri yalanları gizlətmək planının bir parçası və günahkarlıq psixologiyasının bir təzahürüdür.

– Sizcə, Nensi Pelosinin Ermənistan səfərindən öncə sərhəddə təxribatların törədilməsi, sonra KTMT-yə qarşı mitinqlər, Paşinyanın təşkilatdan çıxmaq barədə sözləri, Minsk Qrupunu aktivləşdirmə cəhdləri və son videonun yayılması böyük bir kirli oyun ssenarisinin pərdələri hesab edilə bilərmi?

– Sualınıza cavab kimi vurğulamaq istəyirəm ki, hazırda təxribatları göz önünə alsaq, müharibə meydanda, diplomatiya və informasiya sahəsində davam edir. Pelosidən öncə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün iyul ayında İrəvana səfəri, Ermənistandakı mitinqlər və gərginlik, sülh müqaviləsini imzalamağa razı kimi görünən Paşinyana mane olmaq üçün edilənlərin hamısı böyük bir oyunun parçasıdır. Eyni zamanda Pelosinin İrəvanda Oskar mükafatı ala biləcək şəkildə saxta göz yaşı tökməsi, yalnız Azərbaycanı deyil, həm də Türkiyəni günahkar çıxarmaq üçün atılan addımlar böyük rəsmi görməyimiz üçün çox önəmlidir. Bəhs etdiyimiz videonun yayılması da bizə qarşı əvvəlcədən qurulan plan və proqramlı oyunun bir parçasıdır.

– ABŞ və Fransa bölgədə Türkiyə və Azərbaycanın güclənməsini istəmir. Adlarını çəkdiyimiz ölkələr həm də bölgədə öz hərbi qüvvələrini yerləşdirmək istəyirlər. Bunu Rusiyaya qarşı ikinci cəbhə həmləsi kimi dəyərləndirmək olar?

– ABŞ və Avropa İttifaqı çərçivəsində Fransanın Cənubi Qafqaza yerləşmək məqsədi var. Burada da iki əsas səbəb var. Birincisi, Rusiyaya qarşı ikinci cəbhənin açılması və Rusiyanı Qafqazda siyasi, iqtisadi baxımından və KTMT çərçivəsində təkləməkdir. İkincisi isə Türkiyə və Azərbaycanı gücdən salmaqdır. Bizim digər türk dövlətləri ilə əlaqələrimizə əngəl olmaq istəyirlər. 28 il ərzində olduğu kimi, münaqişənin həlli üçün əlini tərpətməyən regiondan kənar ölkələr indi maşa dövlət olan Ermənistan üzərindən yenidən buraya yerləşmək istəyirlər. Bölgə ölkələri buranın gələcəyi haqqında özləri qərar verməlidirlər. Əgər bölgədən kənar ölkələr buraya sülhməramlı və ya başqa missiya adı altında sərhədə, yaxud başqa bir yerə yerləşsələr, bu problem heç vaxt həll edilməyəcək. Çünki sözügedən güclər eyni Kiprdə olduqları kimi, burada da öz missiyalarını 60-70 il davam etdirmək istəyəcəklər. Türkiyə, Rusiya və Azərbaycan bölgə ilə bağlı məsələlərdə özləri qərar vermək istəsə də, kukla dövlət olan Ermənistan peşka kimi ona verilmiş rolu oynayır. Bu, “həllsiz”liyi həll yolu kimi bizə qəbul etdirmək istəyənlərin planıdır. Ermənistanın başqalarının diktəsi ilə atdığı addımlar çox təhlükəlidir və İrəvan belə davam etməklə öz sonunu hazırlayır.