İrəvanda 40 yaşlı naməlum qadın meyiti tapılıb.
7times.az xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.
Bildirilib ki, bu gün şəhərin David Anaxt küçəsində binalardan birinin eyvanında qadın meyitinin tapılması ilə bağlı Kanaker-Zeytun polis bölməsinə məlumat daxil olub.
Əraziyə istintaqçılar gəliblər. İlkin araşdırma zamanı meyitin yanında tapança tapılıb.
Müəyyən edilib ki, ölən qadın Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) general-leytenantının qızı olub.
Belə ki, meyitin yanında tapılan tapança atasına məxsusdur. Onun ölümünün intihar, bədbəxt hadisə, yaxud qətllə əlaqədar olması ekspertizadan sonra müəyyən ediləcək. axar.az
Follow @7timesaz