ABŞ-ın Ermənistandakı səfirliyi dövlət katibi Antoni Blinkenin köməkçisinin müavini Olsonun İrəvana səfərinin yekunlarına dair bəyanat yayıb.
7Times.az xəbər verir ki, bəyanat səfirliyin rəsmi feysbuk səhifəsində paylaşılıb.
“Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Milli Assambleya sədrinin müavini və normallaşma üzrə nümayəndə Ruben Rubinyan, dövlət katibinin köməkçisinin müavini Olson ilə görüşlərində ABŞ-Ermənistan ikitərəfli əlaqələrinin möhkəmliyini vurğuladılar. O, həmçinin ABŞ-ın Ermənistan və Azərbaycana gərginliyin azaldılmasına və uzunmüddətli, hərtərəfli sülhün tapılmasına kömək etməyə hazır olduğunu vurğulayıb”, – deyə bəyanatda qeyd olunub.
Follow @7timesaz