Dünya

“İrəvanın rəsmi bəyanatlarından sonra Brüsseldəki danışıqlara qiymət verəcəyik” – Peskov

“İrəvanın rəsmi bəyanatlarından sonra Brüsseldəki danışıqlara qiymət verəcəyik” – Peskovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında aparılan danışıqların nəticələrinə yalnız İrəvanın bu məsələ ilə bağlı rəsmi bəyanatlarından sonra qiymət verə biləcək.

7Times.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Müəyyən məlumatlar olsa da, bu görüşün tam gündəliyini hələ bilmirik. Ermənistan tərəfinin transatlantik inteqrasiya mövzusunu müzakirəsi ilə bağlı nəyi nəzərdə tutduqlarını anlamaq üçün İrəvanın bəyanatlarını gözləmək lazımdır”, – o bildirib.