Dünya

“İrəvanla Bakı danışıqları müstəqil aparmağa qadirdir” – Kreml

“İrəvanla Bakı danışıqları müstəqil aparmağa qadirdir” – Kremlbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Ermənistan rəsmilərinin Rusiyanın İrəvanla Bakı arasında danışıqlarda vasitəçi ola bilməyəcəyi ilə bağlı bəyanatlarına münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bakı və İrəvanən danışıqları müstəqil aparmağa qadir olduqlarını söyləyib.

“Rusiya İrəvanla Bakı arasında danışıqlara kömək etməyə hazırdır, lakin onlar danışıqları müstəqil aparmağa qadirdirlər”, – Kremlin sözçüsü vurğulayıb.

Peskov Rusiya Federasiyası üçün Cənubi Qafqazda sülh və proqnozlaşdırıla bilənliyin, regionun tərəqqi ərazisinə çevrilməsinin vacib olduğunu söyləyib.