Aktual

İrina Vereşuk: “Əsir düşən qadın hərbçilərimizin başlarını keçəl qırxır və soyundururlar”

İrina Vereşuk: “Əsir düşən qadın hərbçilərimizin başlarını keçəl qırxır və soyundururlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ayaq üstə dayanmağa məcbur edirlər, oturmağa qoymurlar. Başlarını keçəl edirlər, müayinə üçün hər gün soyunmağa məcbur edirlər. İnsan ləyaqətini alçaldırlar”.

Bu barədə Ukraynada Baş nazirin müavini, ölkənin müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk rus əsirliyində ukraynalı hərbçi qadınlarla necə rəftar edildiyi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Rusiya ilə üçüncü dəfə məhbus mübadiləsi həyata keçirilib, 10-u qadın olmaqla 26 ukraynalı azadlığa buraxılıb.

Vereşuk hazırda Rusiya və rusiyapərəst separatçıların əlində olan 1700-ə yaxın əsgər və mülki şəxsdən ən çox 500 qadından və onlarla rəftardan narahat olduğunu bildirib.

“Onlar bizim qorxmağımızı istəyirlər. Ağlamağımızı və qurban olmağımızı istəyirlər. Amma biz belə deyilik. Qızlarımız və qadınlarımız bizdən qələbəmiz üçün mübarizəyə davam etməyi xahiş edirlər”, – deyə o, vurğulayıb.

oxu.az