Maqazin

İş adamı TikTok-a görə arvadını boşadı – VİDEO

İş adamı TikTok-a görə arvadını boşadı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə iş adamı boşanma ərəfəsində olduğu həyat yoldaşının “tiktok” sosial şəbəkəsində çox vaxt keçirdiyini bildirərək uşaqlarının himayəçiliyini tələb edib.

7Times.az  APA TV-yə istinadən xəbər verir ki, hadisə İzmir şəhərində baş verib.

Belə ki, 43 yaşlı Ferit K. adlı iş adamı 15 illik həyat yoldaşı ilə boşanma qərarı alıblar.

Həyat yoldaşının uzun müddət “Tiktok”da vaxt keçirdiyini və buna görə də iki qızı ilə maraqlanmadığını iddia edən iş adamı məhkəmə prosesində qızlarının himayəçiliyini tələb edib. Müvəqqəti himayəçilik tələbi ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş pedaqoq ananın uşaqlarla bağlı öhdəliyini kobud şəkildə pozduğunu və qəyyumluğun müvəqqəti və ya daimi olaraq ataya həvalə edilməsini doğru hesab edib.

Boşanma qərarı verildikdə daimi qəyyumluq tələb edən ata bildirib ki, həyat yoldaşı gecədən səhərə qədər “Tiktok” videoları çəkir:

“Əslində bu vəziyyət səhərə qədər davam edir. Özündən əlavə kiçik qızımı da TikTok-a öyrətdi. Qızım da video çəkib paylaşmaq istəyir. O da kliplərində qızlarımızı çəkir”, – deyə iş adamı vurğulayıb.