İŞİD Əfqanıstanda törədilmiş partlayışa görə məsuliyyəti üzərinə götürüb

İŞİD Əfqanıstanda törədilmiş partlayışa görə məsuliyyəti üzərinə götürübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektrik stansiyasında törədilmiş və Kabil şəhərinin işıqsız qalmasına səbəb olmuş partlayışa görə məsuliyyəti “İslam dövləti” (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.

 

7times.Az “Report”a istinadən xəbər verir ki, daha əvvəl Əfqanıstan Dövlət Enerji Korporasiyası (DABS) partlayış nəticəsində Kabil şəhərinin və ölkənin bir sıra digər əyalətlərinin işıqsız qaldığını açıqlamışdı.

Qruplaşma bəyan edib ki, ölkənin elektrik enerji sektoruna zərbə endirmək üçün terrorçular elektrik xətləri dayaqlarını partladıblar.