Dünya

“İŞİD”in liderləri ələ keçirildi

“İŞİD”in liderləri ələ keçirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İŞİD” terror təşkilatının iki başçısı ələ keçirilib.

7Times.az “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, terrorçular ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası tərəfindən Suriyanın şərqində saxlanılıb.

Məlumatda deyilir ki, əməliyyat zamanı 8 vertolyotdan istifadə olunub. Koalisiya nümayəndələri döyüşçülərin sığınacağının yerləşdiyi evi mühasirəyə alıb.

Aparılan danışıqlar bir nəticə vermədikdə, evin üzərinə bir neçə bomba atılıb, nəticədə, 3 nəfər həlak olub. Bu şəxslərin də, həmçinin “İŞİD” üzvü olduğu güman edilir.