Suriyanın Həsəkə şəhərində yerləşən Sanavia həbsxanasından 20 məhkum qaçıb.
7Times.az “Al Mayadeen” kanalına istinadən xəbər verir ki, qaçanlar arasında İŞİD terrorçuları da var.
Terrorçuların qaçmasına kömək edən şəxslər həbsxananın qarşısında 2 avtomobil partladıblar.
Qaçan terrorçuların axtarışına başlanılıb. Axtarışlara ABŞ ordusunun helikopterləri də cəlb olunub.
Follow @7timesaz