Dünya

İslandiya Rusiyadakı səfirliyini bağladı

İslandiya Rusiyadakı səfirliyini bağladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiya Rusiyadakı səfirliyinin işini dayandırıb.

Bu barədə İslandiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayılıb.

Məlumata görə, səfirliyin bağlanması qərarı iki ölkə arasında münasibətlərin “tarixi minimuma” düşməsi səbəbindən qəbul edilib.

Qeyd edək ki, İslandiyanın Moskvadakı səfirliyi təkcə Rusiya Federasiyası ilə deyil, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanla münasibətlərdə də İslandiyanı təmsil edib. İndi onun təmsilçiliyini Reykyavikdə İslandiya Xarici İşlər Nazirliyi həyata keçirəcək.