Hadisə

İsmayıllıda 73 yaşlı qadın intihar etdi

Onun ağır xəstəliyi ilə əlaqədar özünə qəsd etdiyi bildirilir. 

İsmayıllıda 73 yaşlı qadın intihar etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

7times.az-ın xəbərinə görə, hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb.

Kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA