Hadisə

İsmayıllıda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanıldı

İsmayıllıda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan 7times.aza verilən məlumata görə, rayonun Eyyubbəyli kəndi ərazisində yerləşən fermer təsərrüfatlarının birindən qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 5 baş qoyunu oğurlayan şəxsin Laçın rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yasin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində oğurladığı heyvanları Bakı şəhəri ərazisində satdığını bildirib.

Aparılan araşdırmalarla Y.Əhmədovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun Ağsu rayon sakini Lətif İbrahimova məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.