Futzal üzrə Avropa çempionatının final mərhələsində keçiriləcək İspaniya – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
7Times.az xəbər verir ki, matçı portuqaliyalı hakim Mikel Kastilyo idarə edəcək. Qabor Kovaç (Macarıstan) 2-ci, Petar Radojcic (Serbiya) 3-cü hakim olacaq.
Qeyd edək ki, oyun yanvarın 26-də Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək
Follow @7timesaz