Dünya

İspaniyada son beş gündə 240-a yaxın insan istidən ölüb

İspaniyada son beş gündə 240-a yaxın insan istidən ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada anomal istilər səbəbindən 240-a yaxın insan həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, iyulun 10-dan 14-dək havanın temperaturunun yüksək olması səbəbindən 237 nəfər ölüb. Ən çox insan təlafatı iyulun 14-də qeydə alınıb. Belə ki, həmin gün krallığın 93 sakini dünyasını dəyişib.

Sinoptiklərin məlumatına görə, son günlər İspaniyada havanın temperaturu 40 dərəcədəndən yüksəkdir, bəzi bölgələrdə isə 45°-yə çatıb.