İspaniyadan altı “Leopard 2” tankı Ukraynaya yola salınıb.
7Times.az xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles deyib.
Onun sözlərinə görə, tanklar 20 ağır texnika ilə birlikdə Santander liman şəhərini tərk edib.
Müdafiə naziri daha əvvəl qeyd edib ki, daha dörd “Leopard 2” tankı təmirdən sonra Ukraynaya göndəriləcək. KİV-in məlumatına görə, İspaniyada 40 ekipaj üzvü və 15 mexanik təlim keçib.
Bundan əvvəl İspaniyanın xarici işlər naziri ölkəsinin yaxın günlərdə vəd etdiyi “Leopard 2” tanklarını Ukraynaya təhvil verəcəyini bildirib.
Follow @7timesaz