İdman

“İspaniyadan yalnız “Real” Haaland üçün seçim ola bilər”

“İspaniyadan yalnız “Real” Haaland üçün seçim ola bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya futbolunun canlı əfsanəsi Ruud Qullit Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haaland haqda danışıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o, norveçli oyunçunun transferi uğrunda bir neçə klubun mübarizə apara biləcəyini deyib. Qullit İspaniyadan “Barselona”nın yox, “Real”ın 21 yaşlı futbolçunu ala biləcəyini vurğulayıb: “İspaniyadan yalnız “Real” Haaland üçün seçim ola bilər.

Mən onu İngiltərədə görürəm, amma Erlinqin “Mançester Yunayted”ə gedəcəyini düşünmürəm.  “Mançester Siti”də Pep Qvardiola ilə onun üçün yaxşı olardı, lakin Yürgen Klopplu “Liverpul” da əla seçimdir. Çünki “Liverpul” Haalandın tərzinə çox uyğundur. Haaland bu klubda daha yaxşı olar. Erlinq üçün bu klublar mübarizə apara bilər”.