İsrail BMT nümayəndələrinə viza verməyəcək.
7Times.az “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə Tel-Əvivin Təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan bildirib.
Onun sözlərinə görə, bu qərarın qəbul olunmasına səbəb BMT-nin Baş katibi Antonio Quterreşin HAMAS-İsrail münaqişəsi ilə bağlı bəyanatları olub:
“HAMAS terror təşkilatı İsrail sərhədini keçib böyük əksəriyyəti mülki şəxslər olmaqla 1400 nəfəri öldürdüyü halda, Quterreş BMT Təhlükəsizlik Şurasının HAMAS-İsrail münaqişəsi ilə bağlı keçirilən iclasında deyib ki, HAMAS səbəbsiz yerə hücum etməyib və bunu etiraf etmək lazımdır”.
Erdanın sözlərinə görə, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə viza verilməsindən artıq imtina edilib.
“Onlara dərs vermənin vaxtı çatıb”, – deyə o vurğulayıb.
Follow @7timesaz