Dünya

İsrail COVID-19 yoluxmasının artması səbəbinə görə maska ​​taxmağa qayıdır

İsrail COVID-19 yoluxmasının artması səbəbinə görə maska ​​taxmağa qayıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail COVID-19 yoluxmasının artması səbəbi ilə 25 iyun etibarən maskalar taxmağa qayıdır.

7times.az xəbər verir ki, İsrail cümə günündən etibarən artan koronavirus yoluxmaları səbəbindən qapalı məkanda yenidən mütləq maska taxmaq qərarını verib. Bu, İsrailin Səhiyyə nazirliyinin açıqlamasında deyilir.

Bu həftənin əvvəlində İsrail Baş Naziri Naftali Bennett, vətəndaşları dünyada koronavirusun yeni Delta+ növünün peyda olması səbəbindən xaricə səyahətdən çəkinməyə çağırıb. Nazir qeyd edib ki, bu hələ ki, tələb deyil, xahişdir.

25 iyun saat 12:00-dan etibarən xəstələnmənin artması ilə əlaqədar açıq sahələr istisna olmaqla, hər yerdə maskalar taxmaq məcburiyyəti tətbiq olunub. İstisna yalnız 7 yaşadək olan uşaqlardır. Həmçinin, idmanla məşğul olarkən maska taxmaq vacib deyil.

Nəzərinizə çatdıraq ki, İsraildə COVID-19 ilə əlaqəli tətbiq olunan karantin rejimi və əksər təhlükəsizlik tədbirləri 1 iyun ləğv edilmişdi.