Dünya

İsrail də vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı

İsrail də vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb,
7Times.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Kiyevdən Təl-Əvivə uçuşların sayını artırmaq üçün aviaşirkətlərlə danışıqlar aparılır.
“Davam edən gərginlik və eskalasiya qorxusu ilə əlaqədar Ukraynada yaşayan İsrail vətəndaşlarını mümkün qədər tez bir şəkildə ölkəni tərk etməyə çağırırıq”, – deyə məlumatda qeyd olunub.
Bildirilir ki, nazirliyin baş direktoru Alon Uşpizin rəhbərliyi ilə XİN-də xüsusi böhran qrupu yaradılıb.