İsrail “Dəmir Günbəzi” Ukraynaya verməkdən ehtiyat edir.
İsrail silahların Rusiya vasitəsi ilə İranın əlinə keçə biləcəyindən narahatdır.
Oxu24.com xəbər verir ki,bu barədə ABŞ-ın “National Interest” nəşrində məqaləsi dərc edilmiş İsrail Müdafiə Qüvvələrinin istefada olan briqada generalı Yaakov Nagel bildirib.
Nagel izah edib ki, Dəmir Qübbə iranlıların əlinə keçərsə, sistem haqqında məlumat Həmas və Hizbullaha ötürüləcək. Bu da yəhudi dövlətinin hava hücumundan müdafiəsinin effektivliyinə mənfi təsir göstərəcək.
O, “Dəmir günbəz”in Kiyevə verilməsinə mane olan daha üç səbəbi açıqlayıb. Qübbələrin ötürülməsi İsrailin hava hücumundan müdafiəsinin səviyyəsini aşağı salacaq, çünki bu, komplekslərin çatışmazlığına səbəb olacaq.
Dördüncü səbəb, Rusiyanın Suriyada hərbi mövcudluğunu nəzərə alaraq, Qüdsün Moskvanın mənfi reaksiyasından qorxmasıdır.
İsrail mediası Nagelin məqaləsinin Vladimir Putinlə Benyamin Netanyahu arasında telefon danışığı barədə məlumat yayılandan az sonra dərc edildiyinə diqqət çəkib.
Follow @7timesaz