Dünya

İsrail diplomat ailələrini Ukraynadan çıxarır

İsrail diplomat ailələrini Ukraynadan çıxarırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail diplomatların ailələrini Kiyevdən çıxarır və vətəndaşlarına Ukraynaya səfər etməkdən çəkinməyi tövsiyə edir.

7Times.az  xəbər verir ki, bu barədə KAN radiosu məlumat yayıb.

“İsrail XİN diplomatların ailələrinin Ukraynadan təxliyə edildiyini elan edib. Ukraynada yaşayan İsrail vətəndaşlarına heç bir halda qaynar nöqtələrə yaxınlaşmamaq, bu ölkəyə səfər etməyi planlaşdıranlara isə hazırda bundan çəkinmək tövsiyə olunur”, – deyə bildirilib.