İsrail və İran arasında 12 günlük münaqişə zamanı ABŞ-nin iki THAAD sistemi İsrailə yerləşdirilib və 150 tutma raketi buraxılıb. Bu, ABŞ-nin 2010-dan bəri aldığı raket ehtiyatının təxminən 25%-idir.
“7Times.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Mənbələrə görə, Pentaqon ehtiyat çatışmazlığından narahatdır və hətta Səudiyyə Ərəbistanına göndərilməli olan raketləri İsrailə yönləndirmək variantını da nəzərdən keçirib. Ehtiyatların bərpası təxminən 6 ay çəkəcək.
Bir THAAD raketinin qiyməti 13 milyon dollardır. ABŞ-nin hazırda 7 THAAD sistemi var: 3-ü ABŞ-da, 2-si İsraildə, 1-i Səudiyyə Ərəbistanında və 1-i Cənubi Koreyaya göndərilməlidir.
“AzPolitika.info”
Follow @7timesaz