Hərbi

İsrail İran səfirliyini bombaladı – SEPAH generalı öldü

İsrail İran səfirliyini bombaladı – SEPAH generalı öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinə ağır aviazərbələr endirib.

 

7Times.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Suriya paytaxtının Mezze bölgəsinə endirilən hava zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan qüvvələrinin generalı və komandanı Məhəmməd Rza Zahedi ölüb.

 

“Al Hadath” kanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyini hədəfə alıb. Zərbələr zamanı azı 8 nəfər həlak olub.

 

Suriyanın dövlət xəbər agentliyi isə bildirir ki, İran səfirliyinin binası tamamilə dağılıb. Zərbə zamanı binada olanların hamısı həlak olub.

 

Məlumata görə, İran səfiri xəsarət almayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında da İsrail Dəməşq yaxınlığındakı hədəflərə hava zərbələri endirib. İki nəfər yaralanıb. Martın sonunda Suriya Qəzzada müharibə başlayandan bəri İsrailin ən kütləvi hücumuna məruz qalıb. KİV-in məlumatına görə, onlarla insan həlak olub