Hərbi

İsrail İran zabitlərinin evini bombaladı – General öldü 

İsrail İran zabitlərinin evini bombaladı – General öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib.

 

7Times.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü öldürülüb. AFP-nin yerli hüquq müdafiəçilərinə istinadən verdiyi məlumata görə, ümumilikdə 5 nəfər ölüb.

 

“İsrailin şənbə günü Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvü həlak olub, digərləri isə yaralanıb”, – Suriya tərəfdarı regional birlikdəki mənbə “Reuters” agentliyinə bildirib.

 

İran mətbuatı yazır ki, zərbələr nəticəsində SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidmətinin komandiri, general Yusif Omid Zadə ölüb. Digər ölən şəxslərin də iranlı zabitlər olduğu bildirilir.

 

Raket zərbələri iranlı hərbi müşavirlərin yaşadığı Dəməşqin qərbindəki Mezze məhəlləsindəki malikanələrdən birinə endirilib.

 

Hücumda üç təyyarə iştirak edib, müşavirlərin yaşadığı dördmərtəbəli ev tamamilə dağılıb.