İsrail iyulun ikinci yarısında Livanın cənubunda “Hizbullah”a qarşı quru əməliyyatına başlaya bilər.
7Times.az xəbər verir ki, bu barədə “Bild” qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən yazıb.
Bildirilir ki, İsrail quru əməliyyatına iyulun üçüncü və ya dördüncü həftəsində başlayacaq. Nəşr xatırladıb ki, bundan əvvəl bir neçə dövlət öz vətəndaşlarını vəziyyətin daha da gərginləşməsi və münaqişənin genişlənməsi ehtimalına görə dərhal Livanı tərk etməyə çağırıb.
İyunun ortalarında İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Belə ki, İsrail Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına qarşı əməliyyatdan sonra eyni vaxtda “Hizbullah” hərəkatına zərbələr endirməyi planlaşdırır.
Follow @7timesaz