Hərbi

İsrail on minlərlə əsgəri səfərbər edir, heç vaxt belə olmamışdı – İsrail radiosu

İsrail on minlərlə əsgəri səfərbər edir, heç vaxt belə olmamışdı – İsrail radiosubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslamçı HƏMAS və “İslami Cihad” təşkilatlarının silahlı birləşmələrinin ölkənin cənub bölgələrinə genişmiqyaslı işğalı ilə bağlı qeyd edilir ki, “heç vaxt olmayıb”.

7Times.az  xəbər verir ki, İsrail Dövlət Radiosu (Kan Bet) bununla bağlı məlumat yayıb.

Silahlılar tərəfindən ələ keçirilən bəzi yaşayış məntəqələrinin hələ də azad edilmədiyi bildirilir.

İsrail paytaxtının kütləvi atəşə tutulduğu və ətrafında həyəcan siqnalının səsləri eşidildiyi qeyd edilir.

İsrail Dövlət Radiosu bildirir ki, ölkənin cənubundakı Netivot şəhərində döyüşlər davam edir, təcili yardım maşınları hələ də yaralıları daşıya bilmir.

“İslamçı HƏMAS və İslami Cihad təşkilatlarının silahlı birləşmələrinin Qəzza zolağından işğalı ilə əlaqədar Təl-Əvivdəki Baş Qərargahda fövqəladə iclas başa çatıb. Hökumətin yüksək vəzifəli mənbəsi Dövlət Radiosuna təsdiqləyib ki, ölkə rəhbərliyi baş verənlərə müharibənin başlanğıcı kimi yanaşır”, – məlumatda deyilir.

Bildirilir ki, İsrail ordusu on minlərlə ehtiyat əsgəri səfərbər edir:

“Ölkənin cənubunda mülki şəxslər də daxil olmaqla, çoxlu itki var. Ofakim və Netivot şəhərlərində Qəzza zolağından basqın edən silahlılar fərdi tikililəri, o cümlədən yaşayış binalarını zəbt ediblər, Kibbutz Beeridə bir sıra binalar yandırılıb”.

TASNİM-in məlumatına görə, “İslami Cihad”ın İrandakı nümayəndəsi Nasir Əbu Şərif deyib ki, “Bu, İsrailə qarşı planlaşdırılan əməliyyatın yalnız birinci mərhələsidir”.

Ölkə.Az