Dünya

İsrail ordusu HƏMAS-ın daha bir komandirini məhv edib

İsrail ordusu HƏMAS-ın daha bir komandirini məhv edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu HƏMAS-ın daha bir komandirini məhv edib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, Qəzza zolağında HƏMAS-ın “Sabra Təl əl-Hava” batalyonunun komandiri Mustafa Dalul öldürülüb.

O, son illərdə HƏMAS-ın batalyonunda və Qəzza şəhərinin briqadasında bir sıra vəzifələrdə çalışıb.

Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.