İşğalçı İsrail ordusunun Qəzzanı bombalaması nəticəsində xeyli sayda mülki insan qətlə yetirilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
İsrail mediası öldürülənlər arasında HƏMAS-ın komandiri Məhəmməd Mansurun da olduğunu iddia edir. Məhəmməd Mansurun HƏMAS hərakatının “texnoloji bilik mənbəyi” olduğu qeyd edilir.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Qəzza zolağında 20-yə yaxın binanı bombalayıb, mülki insanların qətliamını davam etdirib. Öldürülənlər içərisində xeyli sayda uşaq da var.
Follow @7timesaz