Hərbi

“İsrail Qəzza zolağına humanitar yardımı dayandırıb” – KİV

“İsrail Qəzza zolağına humanitar yardımı dayandırıb” – KİVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb və bütün keçid məntəqələrini bağlayıb.

7Times.az xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkətinə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

Qeyd olunur ki, humanitar yardımların tədarükü Fələstinin HƏMAS hərəkatının ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqları davam etdirmək planından imtina etməsi səbəbindən dayandırılıb.