“Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır”.
7Times.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron ilə telefon danışığı zamanı bildirib.
“İran İslam Respublikası regionda gərginliyin artmasını alqışlamır, lakin İsrail rejimi təxribat törətmək istəsə, bizim növbəti cavabımız dərhal, daha sərt və daha geniş miqyaslı olacaq” – Abdullahian qeyd edib.
Qeyd edək ki, müvafiq bəyanat İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalında dərc olunub.
Follow @7timesaz