Dünya

İsrail yenidən sərt karantinə keçdi

İsrail yenidən sərt karantinə keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ölkə ərazisində karantin tədbirləri gücləndirilir.

7times.az xəbər verir ki, sentyabrın 19-dan etibarən üç həftə müddətinə hərəkət məhdudiyyəti tətbiq olunacaq. Bu müddət ərzində, həmçinin tədris müəssisələri, eləcə də restoran, kafe və ofislər bağlı qalacaq.

Mütəxəssislərin fikrincə, İsraildə koronavirus epidemiyasının ikinci dalğası birincidən daha güclü yayılır.

Belə ki, yaz aylarında gündəlik yoluxma min nəfəri keçmirdisə, son günlərdə bu göstərici 4 min nəfəri keçib. Ötən gün isə 2 mindən çox yoluxma qeydə alınıb.