İsrailin şimalındakı Hayfa şəhərinin mərkəzi avtovağzalında naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib.
7Times.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 70 yaşlı kişi ölüb, daha 4 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
“Hayfa avtovağzalına hücum edən şəxs bıçaqdan istifadə edib. Polis qüvvələri hadisə yerindədir, terrorçu zərərsizləşdirilib. Hadisə yeri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, hazırda araşdırma aparılır”, – məlumatda qeyd olunub.
Follow @7timesaz