İsrailin mərkəzindəki hərbi bazada döyüş sursatının partlaması nəticəsində bir əsgər ölüb, daha üç hərbçi müxtəlif dərəcəli ağır xəsarət alıb.
7Times.az “Jerusalem Post”a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hərbi polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalara başlayıb, tapılan dəlillər hərbi prokurorluğa təqdim olunacaq.
Follow @7timesaz